Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
Bizi izləyin

ABŞ

Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

Pentaqonun rəhbəri Pit Heqset tabeliyində olan şəxsləri xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri məlumatlardan siyasi hadisələrə dair mərc saytlarında mərc etmək üçün istifadə etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələyib.

Publika.az xəbər verir ki, bu barədə qurum rəhbərinin memorandumunda məlumat verilib.

Bildirilib ki, o, buna səbəb kimi həmin platformaların “düşmənlər” tərəfindən izlənilməsini göstərib.

Sənəddə Heqset vurğulayıb ki, Pentaqonun bütün əməkdaşlarına məxfi və ya məxfi olmayan, ictimaiyyətə açıqlanmamış məlumatlardan birbaşa və ya üçüncü tərəf vasitəsilə istifadə etməklə maliyyə əməliyyatları aparmaq qadağandır.

Memorandum ABŞ-da populyar olan, müxtəlif hadisələrə dair mərc edilən "Polymarket" və "Kalshi" platformalarına da şamil olunur. Sənəddə bildirilir ki, təhlükəsizlik məsələləri ilə yanaşı, maliyyə qazancı əldə etmək imkanı da düzgün mühakimə yürütməyə mane olur.

Aprel ayında ABŞ xüsusi təyinatlı qüvvələrinin Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş serjantın insayder ticarətində ittiham olunaraq həbs edildiyi bildirilmişdi. İstintaqın versiyasına görə, o, anonim şəkildə Venesuela prezidentinin devriləcəyinə dair bir neçə mərc edib və bu mərclərdən 400 min dollar qazanıb. Hərbçi əməliyyatın hazırlanmasında iştirak edib və ehtimal ki, qazanc əldə etmək üçün öz məlumatlarından istifadə edib. O, sonuncu mərcini Maduronun qaçırılmasından dərhal sonra — “dənizdə, gəminin göyərtəsində, sübh çağı, ABŞ hərbi forması geyinmiş halda, əlində tüfənglə” edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm