Trampı təhdid edən qadın həbs olundu
Bizi izləyin

ABŞ

Trampı təhdid edən qadın həbs olundu

Trampı təhdid edən qadın həbs olundu

ABŞ-ın Alabama ştatında 36 yaşlı qadın sosial şəbəkədə prezident Donald Trampa qarşı təhdidlər yaymaqda ittiham olunaraq həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə oktyabrın 23-də ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Alabama ştatının Kortlend şəhərindən olan Meqan Lorreyn Uts iki maddədən ibarət ittiham aktı ilə üzləşib. Ona ABŞ prezidentini təhdid etmək və ştatlararası sərhədlərdən təhdid xarakterli məlumat ötürmək ittihamları irəli sürülüb.

Nazirliyin məlumatına əsasən, Uts oktyabrın 5-də Trampın Tuskaluza şəhərində futbol matçına gözlənilən səfəri ilə əlaqədar “Facebook”da təhdid xarakterli paylaşım edib. Ertəsi gün Federal Təhqiqatlar Bürosunun (FTB), Məxfi Xidmətin və Florens şəhər polisinin əməkdaşları onu müəyyənləşdirərək saxlayıblar.

ABŞ hüquq-mühafizə orqanları bu cür bəyanatları zorakılıq təhdidi kimi qiymətləndirdiklərini və onlara ciddi yanaşdıqlarını bildiriblər.

ABŞ prokuroru Filipp Uilyams qeyd edib ki, hazırkı prezidentin həyatına dəfələrlə sui-qəsd cəhdləri edildiyi bir vaxtda bu cür təhdidlərə dərhal reaksiya veriləcək.

Qeyd edək ki, ittiham olunan qadın məhkəmənin müvafiq qərarı çıxarılana qədər günahsız hesab olunur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm