Vəzifədən getsəm də, xeyli səlahiyyətim qalacaq - Tramp nə planlaşdırır?
Bizi izləyin

ABŞ

Vəzifədən getsəm də, xeyli səlahiyyətim qalacaq - Tramp nə planlaşdırır?

Vəzifədən getsəm də, xeyli səlahiyyətim qalacaq - Tramp nə planlaşdırır?

ABŞ prezidenti Donald Tramp prezidentlik müddəti bitdikdən sonra da böyük bir səlahiyyətini saxlayacağını iddia edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə Ayova ştatında seçicilərlə görüşdə bildirib.

"Bilirsiniz, iki ildən bir az çox vaxtımız qalıb. İnana bilərsinizmi? Amma mən getsəm də, xeyli səlahiyyətim qalacaq və sizin birinci yerdə qalmağınızı təmin edəcəyəm".

ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ilə planlaşdırılır. Tramp əvvəllər üçüncü müddətə namizədliyini istisna etməmiş və namizədliyini irəli sürməsi üçün "yolların olduğunu" bildirmişdi. Lakin ABŞ Konstitusiyasına edilən düzəlişdə heç kimin iki dəfədən artıq prezident ola bilməyəcəyi nəzərdə tutulur.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm