ABŞ
Trampın silahdaşı olan milyarder İran müharibəsinə qarşı çıxdı: Səhv etmişik
“PayPal” və “Palantir” şirkətlərinin həmtəsisçisi, milyarder respublikaçı investor Piter Tiel ABŞ prezidenti Donald Trampın İrana qarşı müharibəsinin doğruluğuna şübhə ilə yanaşdığını bildirib.
Publika.az xəbər verir ki, Tilin çıxışlarının audioyazısı “Politico” tərəfindən əldə edilib.
"Mən bu müharibəyə şübhə ilə yanaşıram. Düşünmürəm ki, biz onu başlamalı idik. Bir çox səhvlərə yol verildi", - deyə Til mühazirə zamanı bildirib.
O, həmçinin ABŞ-ın qarşıdurmada uğur qazanmaq qabiliyyətini şübhə altına alaraq, ölkənin hərbi cəhətdən qeyri-kafi olduğunu və beynəlxalq təsir uğrunda mübarizəni uduzacağını iddia edib.
Onun açıqlamaları Respublikaçıların qanunverici orqana nəzarəti saxlamağa çalışdığı ara seçkilərdən cəmi iki həftə əvvəl verilib.
Mühazirə zamanı milyarder həmçinin neokonservatorlara və Yaxın Şərqdəki müharibələrə qarşı çıxdığını vurğulayıb.
Lakin nəşr qeyd edir ki, Tielin İrana qarşı hərbi kampaniyanı tənqid etməsi onun Trampa dəstəyini dayandırdığı anlamına gəlmir. O, ABŞ prezidentini dəstəkləməyə davam etdiyini təsdiqləyib.
Müəllif: Tural
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

























.jpg)














