ABŞ
Tramp üçüncü dəfə prezident ola bilər? - Ekspert şanslarını açıqladı
ABŞ prezidenti Donald Trampın üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyi ilə bağlı bəyanatı siyasi ekspert tərəfindən hüquqi baxımdan əsassız hesab edilib.
Publika.az xəbər verir ki, politoloq Mixail Sinelnikov-Orişak “Ridus” nəşrinə açıqlamasında Trampın bu bəyanatını növbəti dəfə “boş söhbət” adlandırıb. Onun fikrincə, hüquqi baxımdan Trampın yenidən ABŞ prezidenti olmaq şansı yoxdur.
“Gəlin, noyabrın 3-də keçiriləcək səsvermənin nəticələrini gözləyək. Həmin vaxt Nümayəndələr Palatası və Senatda qüvvələr nisbəti aydınlaşacaq. Bundan sonra Tramp administrasiyasının perspektivləri də bəlli olacaq”, - deyə ekspert bildirib.
Qeyd olunur ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident vəzifəsini iki müddətdən artıq tutmasını qadağan edir. Düzəliş 1947-ci ildə Konqres tərəfindən qəbul olunub, 1951-ci ildə isə ştatların tələb olunan əksəriyyəti tərəfindən ratifikasiya edilib.
Müəllif: Adəm
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














