ABŞ strateji ehtiyatdan 400 min barelə qədər neft ayıracaq
Bizi izləyin

ABŞ

ABŞ strateji ehtiyatdan 400 min barelə qədər neft ayıracaq

ABŞ strateji ehtiyatdan 400 min barelə qədər neft ayıracaq

ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı “Phillips 66” neft emalı zavodunun xammal təchizatında yaranan fasilələri aradan qaldırmaq üçün strateji ehtiyatdan 400 min barelə qədər neftin ayrılmasına icazə verib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

Neft Luizianadakı “West Hackberry” strateji anbarından “Lake Charles” neft emalı zavoduna dərhal çatdırılacaq. Tədarük mübadilə şərtləri əsasında həyata keçiriləcək. Belə ki, “Phillips 66” aldığı nefti əlavə həcmdə geri qaytarmalıdır. Bu mexanizm vergi ödəyiciləri üçün əlavə xərc yaratmadan strateji ehtiyatların bərpasına imkan verəcək.

ABŞ energetika nazirinin müavini Kayl Haustvaytın sözlərinə görə, qərar zavodun fəaliyyətini dəstəkləməyə, yanacaq təchizatının sabitliyini qorumağa və xammal tədarükündəki müvəqqəti fasilələrin təsirlərini azaltmağa xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm