Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
Bizi izləyin

ABŞ

Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."

Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."

ABŞ Prezidenti Donald Trampın keçmiş gəlini Vanessa Tramp xərçəngə qalib gəldiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Vanessa Tramp qızı Kayanın aparıcılığı ilə təşkil olunan podkastda bildirib. Podkast "İnstaqram"da yayımlanıb. "Nəhayət ki, xərçəngdən canım qurtardı!, - deyə o sağlamlığı ilə bağlı danışarkən bildirib.

Qeyd edək ki, həkimlər ona 2026-cı ilin aprelində döş xərçəngi diaqnozu qoymuşdular. Vanessa bu xəbəri yalnız bir ay sonra açıq şəkildə elan etmişdi. O, son test nəticələrinin "təmiz" olduğunu deyib.

ABŞ Prezidentinin böyük oğlu Vanessa Trampla 2018-ci ildə boşanıb. Cütlük qərarlarını 2019-cu ilin fevral ayında ictimaiyyətə açıqlayıblar. Onlar 13 ildir evli olublar. Vanessanın beş övladı var. Bunlar Kay Medison (2007-ci il təvəllüdlü), Donald Jon (2009-cu il təvəllüdlü), Tristan Miloş (2011-ci il təvəllüdlü), Spenser Frederik (2012-ci il təvəllüdlü) və Xloe Sofiyadır (2014-cü il təvəllüdlü).

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm