"Bu barədə saxta xəbərlər yayılıb" - Tramp təkzib etdi
Bizi izləyin

ABŞ

"Bu barədə saxta xəbərlər yayılıb" - Tramp təkzib etdi

"Bu barədə saxta xəbərlər yayılıb" - Tramp təkzib etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə brifinqlər üçün nəzərdə tutulan zalın yerində qapalı hovuzun bərpa ediləcəyi barədə məlumatları təkzib edib.

Publika.az xəbər verir ki, o, bu barədə Truth Social sosial şəbəkəsində yazıb.

Bir neçə gün əvvəl “The New York Times” (NYT) qəzeti yazmışdı ki, Tramp Ağ Evdəki brifinq zalından jurnalistləri “çıxarmağı” və onun yerində qapalı hovuzu bərpa etməyi dəfələrlə təklif edib.

“Ağ Evdəki brifinq zalını ləğv edib köhnə hovuzu bərpa etmək istədiyim barədə saxta xəbərlər yayılıb. Saxta xəbərləri bəlkə də daha az iyrənc bir yerə köçürsəm də, köhnə hovuz heç vaxt bərpa edilməyəcək”, – deyə Tramp yazıb.

Qapalı hovuz 1933-cü ildə ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt tərəfindən poliomielit səbəbindən zədələnmiş ayaqlarının müalicəsi məqsədilə tikdirilib. Daha sonra ABŞ-ın 37-ci prezidenti Riçard Nikson KİV nümayəndələrinə yer açmaq üçün hovuzu torpaqla doldurub.

Ötən ilin avqustunda Tramp Ağ Evin 200 milyon dollara başa gələcək genişmiqyaslı yenidənqurulması planlarını açıqlamışdı. Söhbət siyasətçinin Şərq qanadının yerində tikməyi planlaşdırdığı bal zalından gedirdi. Dövlət başçısının sözlərinə görə, layihə “onun ölkəyə hədiyyəsi” olacaq və öz vəsaiti, eləcə də şəxsi ianələr hesabına maliyyələşdiriləcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm