Tramp və xanımı seçkilərdə erkən səs verdi
Bizi izləyin

ABŞ

Tramp və xanımı seçkilərdə erkən səs verdi

Tramp və xanımı seçkilərdə erkən səs verdi

ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Floridada seçki məntəqəsinə gəliblər.

Publika.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı jurnalistlərə Konqresə aralıq seçkilərdə vaxtından əvvəl səs verdiyini təsdiqləyib. O, oktyabrın 24-də, şənbə günü respublikaçılara səs verdiyini, daha sonra isə Corciya ştatında mitinqdə çıxış etdiyini bildirib.

ABŞ Konqresinə seçkilər noyabrın 3-nə təyin edilib. Seçkilər hazırkı dövlət başçısının prezidentlik müddətinin ortasında keçiriləcək. Səsvermə zamanı Nümayəndələr Palatasının bütün 435 üzvü və 100 senatorun təxminən üçdə biri seçiləcək. Vətəndaşlar vaxtından əvvəl şəxsən və ya poçt vasitəsilə səs verə bilərlər.

Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir. Bununla belə, “The Financial Times” (FT) qəzeti builki seçkilərin onlar üçün çətin keçəcəyini yazıb. “Focaldata” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, qeydiyyatdan keçmiş seçicilər arasında demokratlara səs vermək niyyətində olanların payı daha yüksəkdir: demokratlar 44 faiz, respublikaçılar isə 39 faiz.

Noyabrda keçiriləcək seçkilərdə prezidentin adı bülletenlərdə yer almasa da, aralıq seçkilər, bir qayda olaraq, onun fəaliyyətinə verilən qiymətləndirmə üzrə referendum kimi nəzərdən keçirilir. FT-nin məlumatına görə, getdikcə daha çox vətəndaş Ağ Evin rəhbərinin siyasətindən narazı olduğunu bildirir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm