Mask Ukraynanı cəbhənin dərhal çökəcəyi ilə hədələdi - “Bu, təhdid deyil, faktdır”
Bizi izləyin

ABŞ

Mask Ukraynanı cəbhənin dərhal çökəcəyi ilə hədələdi - “Bu, təhdid deyil, faktdır”

Mask Ukraynanı cəbhənin dərhal çökəcəyi ilə hədələdi - “Bu, təhdid deyil, faktdır”

Amerikalı milyarder İlon Mask Ukrayna hərbçilərini pilotsuz uçuş aparatları ilə zərbələr endirmək üçün "Starlink" peyk rabitəsi sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib. Onun iddiasına görə, aşkar edilmiş boşluq ötən həftə aradan qaldırılıb.

Publika.az xəbər verir ki, sahibkar bu barədə “X” sosial şəbəkəsində yazıb.

""Starlink"in mülki təyinatlı kommersiya xidmətindən insanları öldürmək məqsədilə dronlarla hücum zərbələri endirmək üçün istifadəsinə heç vaxt icazə verilməyib və verilməməlidir", – deyə Mask bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri sistemi dron hücumları üçün istifadə etməklə onun tətbiqi şərtlərini pozublar. Milyarder "Starlink"in Ukraynanın müdafiəsində kritik əhəmiyyətli rol oynamağa davam etdiyini vurğulayıb.

""Starlink"i söndürsələr, Ukrayna cəbhəsi dərhal çökəcək. Bu, təhdid DEYİL, sadəcə faktın təsbitidir", – deyə Mask yazıb.

O, həmçinin xatırladıb ki, müharibənin ilk günlərində rabitənin digər vasitələri Rusiya qüvvələri tərəfindən məhv edildikdə və ya bloklandıqda, sistem Ukraynaya əlaqəni qoruyub saxlamağa kömək edib.

""SpaceX" Ukraynanın müdafiəsi üçün Yer üzündəki istənilən digər özəl şirkətdən daha çox iş görüb”, – deyə sahibkar bildirib.

Mask hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyənləri kəskin tənqid edərək, onları münaqişənin həlli üçün real planın olmamasında ittiham edib.

"Mən yalnız müharibənin öz fəzilətlərini nümayişkaranə şəkildə ortaya qoyan, sonsuz qırğının tərəfdarı olan və münaqişənin heç bir real həll yolunu təklif etməyən mənfur təhrikçilərinə qarşı tam nifrət hiss edirəm. Cəhənnəmdə yanın", – deyə o yazıb.

Mask ayrıca olaraq dəqiqləşdirib ki, "Starshield" ABŞ hökumətinin nəzarəti altında olan başqa bir sistemdir. Onun sözlərinə görə, bu sistemdən istifadə ilə bağlı qərarlar Amerika hakimiyyətinin mülahizəsinə əsasən qəbul edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm