"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
Bizi izləyin

ABŞ

"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)

"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)

"ABŞ Prezidenti Donald Tramp Ağ Evi İraqın keçmiş prezidenti Səddam Hüseynin restoranını xatırladan bir məkana çevirib".

Publika.az "The Hill"ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş Prezidenti Barak Obama Ohayo ştatında Demokrat Partiyasının mitinqində çıxışı zamanı deyib.

"Hər yer qızıldır. O, Ağ Evi elə bir yerə çevirib ki, sanki Səddam Hüseyn "Cheesecake Factory” restoranı açıb...",- deyə Obama ABŞ liderini tənqid edib.

Onun sözlərinə görə, Amerika prezidenti vətəndaşların həyat səviyyəsinin aşağı düşməsi ilə bağlı problemləri həll etməkdənsə, bal zalının və helikopter meydançasının tikintisinə daha çox diqqət yetirir: "O, Ağ Evin təmiri ilə çox maraqlanır"

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm