ABŞ
Nobel qalmaqalı Trampı qəzəbləndirdi: Norveçi “tualet ölkəsi” adlandırdı
ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsindən sonra Norveçi sərt tənqid edib.
Publika.az xəbər verir ki, Tramp oktyabrın 24-də Miçiqan ştatında keçirilən seçki mitinqində Norveçi “tualet ölkəsi” adlandırıb.
“Düzünü desəm, Norveç bərbad vəziyyətdədir. Norveç, əslində, tualet ölkəsinə çevrilib”, - deyə Ağ Ev rəhbəri bildirib.
Nobel Komitəsinin qərarı ABŞ prezidentinin narazılığına səbəb olub. Komitə Nobel Sülh Mükafatını Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə keçmiş ali komissarı Navi Pillaya verib. Qeyd edək ki, Tramp da mükafata iddialı idi, amma laureatlar sırasına salınmayıb.
Qeyd edək ki, Tramp oktyabrın 10-da Nobel Sülh Mükafatının ona verilməməsini Norveçə unutdurmayacağını bəyan etmişdi. Onun sözlərinə görə, ABŞ həll etdiyi hər münaqişəyə görə bir mükafat almaqla ümumilikdə səkkiz Nobel Sülh Mükafatına layiq görülməli idi.
Tramp Nobel Komitəsinin qərarını Norveçin üzərində silinməz ləkə adlandırmışdı.
Müəllif: Adəm
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi






































