Tramp Ağ Evi restorana bənzədən Obamaya belə cavab verdi
Bizi izləyin

ABŞ

Tramp Ağ Evi restorana bənzədən Obamaya belə cavab verdi

Tramp Ağ Evi restorana bənzədən Obamaya belə cavab verdi

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanı Ağ Evdə aparılan təmir işlərini “Cheesecake Factory” restoranlar şəbəkəsi ilə müqayisə etdiyinə görə tənqid edib.

Publika.az xəbər verir ki, Tramp oktyabrın 26-da jurnalistlərə açıqlamasında Obamanın bu fikrinin onun uğursuz prezident olduğunu göstərdiyini bildirib.

“Əgər o, bunun “Cheesecake Factory”yə bənzədiyini deyirsə, bu, onun niyə yarıtmaz prezident olduğunu sübut edir”, - Tramp deyib.

O, Obamanın fikirlərini şərh edərkən bildirib ki, keçmiş prezident kimi düşünən insanlar ətrafdakı çirki və eybəcərliyi görmürlər. Tramp vurğulayıb ki, Ağ Ev ABŞ-ın simvoludur və buna görə də qüsursuz görünməlidir.

Qeyd edək ki, Obama oktyabrın 25-də Trampın Ağ Evdə apardığı təmir və dekorasiya işlərini tənqid edib. O, hazırkı prezidentin binanın yenidən qurulmasına və bəzədilməsinə həddindən artıq aludə olduğunu, Ağ Evdə “hər yerdə qızıl” olduğunu bildirib.

“The Washington Post” qəzetinin sentyabrın 29-da yaydığı məlumata görə, Tramp Ağ Evdəki təmir işlərini genişləndirməyi planlaşdırır. Layihəyə yaxın ərazilərin, memorialların və bir sıra federal binaların yenilənməsi də daxildir.

Nəşrin məlumatına əsasən, Ağ Evdəki layihənin dəyəri ən azı 900 milyon dollar olacaq. Bu məbləğin 600 milyon dollarının təxminən 8 min kvadratmetr sahəsi olan bal zalının tikintisinə ayrılması nəzərdə tutulur.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm