Maçado geri döndü, Rubio çətin vəziyyətə düşdü - Vaşinqtonda HƏYƏCAN
Bizi izləyin

ABŞ

Maçado geri döndü, Rubio çətin vəziyyətə düşdü - Vaşinqtonda HƏYƏCAN

Maçado geri döndü, Rubio çətin vəziyyətə düşdü - Vaşinqtonda HƏYƏCAN

ABŞ dövlət katibi Marko Rubio Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkəyə qayıtdıqdan sonra siyasi böhranla üzləşib.

Publika.az xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Maçado Karakasa gəldikdən bir gün sonra Rubio ölkədə demokratik transformasiya prosesinə müdaxilənin yolverilməzliyi ilə bağlı üstüörtülü xəbərdarlıq edib.

Məlumata görə, Maçadonun gələn il seçkilərin keçirilməsi tələbi və ABŞ-ın neft satışına dair genişmiqyaslı sazişini tənqid etməsi Birləşmiş Ştatlar administrasiyasında narahatlıq yaradıb.

“Rubio siyasi böhran astanasındadır. Venesuela bu administrasiyanın xarici siyasət sahəsində əsas nailiyyətidir. Əgər əldə etdiyimiz irəliləyiş heçə endirilərsə və Maçado maneəyə çevrilərsə, bundan heç kim qazanc əldə etməyəcək”, – deyə nəşrin mənbəsi bildirib.

Bundan əvvəl “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinin Maçadonun ölkəyə qayıtmasından sonra Venesuelada vəziyyətin sabitliyini itirəcəyindən narahat olduqlarını yazıb.

Qeyd olunub ki, Maçadonun ölkədə olması Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigeslə qarşıdurmaya səbəb ola bilər.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm