FTB daxilində çat: Məxfi məlumatları mətbuata ötürüb?
Bizi izləyin

ABŞ

FTB daxilində çat: Məxfi məlumatları mətbuata ötürüb?

FTB daxilində çat: Məxfi məlumatları mətbuata ötürüb?

ABŞ-da Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi 2016-cı ildə mətbuata məxfi milli təhlükəsizlik məlumatlarını sızdırmaqda ittiham olunur.

Publika.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Ədliyyə Nazirliyinin federal prokurorları Kominin 2016-cı ilin oktyabr ayında FTB direktoru vəzifəsində çalışdığı dövrdə "New York Times" qəzetinə məxfi məlumatların sızdırılması ilə bağlı ona qarşı iki ittiham irəli sürüblər.

Məhkəməyə təqdim edilən sənədlərdə iddia olunur ki, Komi işçilərinə ABŞ-ın elektron poçt nəzarəti fəaliyyətləri ilə bağlı “New York Times” müxbiri ilə görüşlər təşkil etməyi tapşırıb və bununla da məxfi məlumatları qanunsuz olaraq ötürüb.

Komi sosial media hesabında paylaşdığı videoda ona qarşı irəli sürülən ittihamları rədd edib və Ədliyyə Nazirliyinin prokurorlarını səlahiyyətlərindən "sui-istifadə etməkdə" günahlandırıb.

ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə Komiyə qarşı üçüncü dəfə federal cinayət ittihamları irəli sürülür.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm