Trampa qarşı zorlama ittihamı: Keçmiş “Miss İsveçrə” 33 il əvvəl baş verənləri danışdı
Bizi izləyin

ABŞ

Trampa qarşı zorlama ittihamı: Keçmiş “Miss İsveçrə” 33 il əvvəl baş verənləri danışdı

Trampa qarşı zorlama ittihamı: Keçmiş “Miss İsveçrə” 33 il əvvəl baş verənləri danışdı

ABŞ prezidenti Donald Trampı 1993-cü ildə zorlamada ittiham edən keçmiş “Miss İsveçrə” gözəli Beatris Koyl hadisənin təfərrüatını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Time” nəşri məlumat yayıb.

Koylun sözlərinə görə, o, 24 yaşında “American Dream Pageant” gözəllik müsabiqəsində iştirak edərkən Tramp və maliyyəçi Ceffri Epşteynlə tanış olub. Epşteyn azyaşlıların cinsi istismarı ilə bağlı cinayətlərdə adı hallanan şəxs kimi tanınır.

Model bildirib ki, Tramp ona ABŞ vizası almağa və Nyu-York Universitetinə qəbul olmağa kömək edəcəyini vəd edib. Onun sözlərinə görə, həmin tədbirdə iştirak edən Epşteyn Trampı “Don” deyə çağırıb və onunla birlikdə çoxsaylı məclislər təşkil etdiyini söyləyib.

Koylun iddiasına görə, həmin gün Tramp onu Nyu-Yorkdakı “Plaza” hotelindəki otağına dəvət edib və orada ona təcavüz edib. Model bildirib ki, Tramp onu arxadan tutub, nəticədə bədənində göyərmələr və qançırlar yaranıb.

Koyl iddia edib ki, hadisədən sonra Tramp susacağı təqdirdə ona universitetə qəbul və viza məsələsində kömək edəcəyini yenidən vəd edib. Modelin sözlərinə görə, ABŞ-a gəldikdən sonra pasportu əlindən alındığı üçün baş verənlərə baxmayaraq, müsabiqəni tərk edə bilməyib. İsveçrəyə qayıtdıqdan sonra isə Trampın təşkil etdiyi başqa bir tədbirdə iştirakdan imtina edib.

“Time” nəşri Koylun danışdıqlarının təfərrüatını müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib. Ağ Ev isə ittihamları rədd edib.

Ağ Evin mətbuat katibi Loren Bis iddiaların Demokratların amerikalıların diqqətini Respublikaçılara artan dəstəkdən yayındırmaq cəhdi olduğunu qeyd edib.

“Bu, çılğın Demokratların amerikalıların diqqətini Respublikaçılara artan dəstək dalğasından yayındırmaq üçün atdıqları çarəsiz addımdan başqa bir şey deyil”, - deyə o əlavə edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm