Toy xərclərini ödədi, Monqolustanda ova apardı: Trampın oğlunun Putinin adamı ilə əlaqəsi
Bizi izləyin

ABŞ

Toy xərclərini ödədi, Monqolustanda ova apardı: Trampın oğlunun Putinin adamı ilə əlaqəsi

Toy xərclərini ödədi, Monqolustanda ova apardı: Trampın oğlunun Putinin adamı ilə əlaqəsi

Kremlə yaxınlığı ilə tanınan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampla yaxın münasibətlər qurub. O, Trampın toy xərclərini ödəyib və onunla Monqolustanda ova gedib.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Kiçik Tramp Monqolustanda təxminən bir həftə keçirib və Beynəlxalq Qırmızı Kitaba daxil edilmiş Altay dağ qoyunu ovlayıb. Kremlyov isə onunla iki gün ovda iştirak edib. Avqustun 27-də Qazaxıstanda keçirilən IBA tədbirindən sonra çarter reysi ilə Ulan-Batora, oradan isə helikopterlə kiçik Trampın düşərgəsinə yollanıb.

Sentyabrda məlum olub ki, Kremlyov may ayında kiçik Tramp və Bettina Andersonun Baham adalarında keçirilən toy xərclərini də qarşılayıb. “ProPublica”nın araşdırmasına görə, o, özəl adanın icarəsini, atəşfəşanlığı və yüz minlərlə dollarlıq digər xərcləri ödəyib. Məlumat yayıldıqdan sonra kiçik Tramp pulu geri qaytarıb. ABŞ prezidenti isə bu addımda qanunsuz heç nə olmadığını bildirib.

Kiçik Trampın nümayəndəsi Kremlyovla münasibətlərinin işgüzar deyil, şəxsi dostluğa əsaslandığını və onları ovçuluqla maraqlanan ortaq dostlarının tanış etdiyini deyib.

Əsl adı Umarali Lutfulloyev olan Kremlyovun Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələri var. “Proyekt” nəşrinin məlumatına görə, o, əvvəllər “Gecə canavarları” motosiklet klubunun üzvü olub və bu əlaqələr vasitəsilə Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksey Rubevnoyla yaxınlaşıb. 2017-ci ildə Rubevnoyun dəstəyi ilə Kremlyov Rusiya Boks Federasiyasına rəhbərlik edib.

2020-ci ildə IBA-nın prezidenti seçilən Kremlyov “Qazprom”u assosiasiyanın yeganə sponsoru edib. 2023-cü ildə isə Beynəlxalq Olimpiya Komitəsi idarəetmə, maliyyələşdirmə və korrupsiya problemlərini əsas gətirərək IBA-nın akkreditasiyasını ləğv edib.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm