ABŞ
Melaniya Tramp atəşkəs zonasının genişləndirilməsindən yazdı
"Xerson vilayətinin Oleşki şəhərində atəşkəs rejiminin tətbiq olunduğu ərazi humanitar karvanların təhlükəsiz keçidini təmin etmək məqsədilə genişləndirilib".
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın birinci xanımı Melaniya Tramp "X" sosial şəbəkəsində yazıb.
“Dinc əhalinin təhlükəsizliyini təmin etmək və həyati əhəmiyyət daşıyan humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün müddətlər iki gün irəli çəkilib. Humanitar karvanların təhlükəsiz keçidini təmin etmək məqsədilə atəşkəs rejiminin coğrafi əhatə dairəsi Xerson vilayətində Oleşkinin hüdudlarından kənara qədər genişləndirilib”,- deyə o qeyd edib.
Xatırladaq ki, oktyabrın 23-də Ağ Ev ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Oleşkidə lokal atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.
Oktyabrın 27-də səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Xerson istiqamətində atəşkəs rejiminin tətbiq olunduğunu bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da atəşin dayandırıldığını elan edib.
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, Oleşki ətrafında atəşkəs rejimi noyabrın 1-dək davam edəcək.
Hüseyn İbadlı
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH














.png)

.jpg)


.jpg)
















