ABŞ
Prezident seçkilərində məğlub olan siyasətçi ailəsi ilə ABŞ-a getdi
Prezident seçkilərində məğlub olduqdan sonra Braziliyadan qaçan sağçı siyasətçi Flavio Bolsonaro ABŞ-a gedib.
Publika.az xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Bildirlib ki, Bolsonaro ilə birlikdə həyat yoldaşı və iki qızı da ABŞ-a gedib.
Oktyabrın 27-də Bolsonaronun ölkədən qaçdığı və hazırda ABŞ-a gedən təyyarədə olduğu məlum olub.
Bundan əvvəl məhkəmə çirkli pulların yuyulması işi ilə bağlı araşdırma çərçivəsində siyasətçiyə xarici pasportunu təhvil verməyi tapşırıb. Bolsonaro isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Xatırladaq ki, Braziliyada prezident seçkilərinin ikinci turu başa çatıb. Qələbəni ölkənin hazırkı lideri Luis İnasio Lula da Silva qazanıb. Onun məğlub olan rəqibi, keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro səsvermənin nəticələrini tanımaqdan imtina edib və nəticələrin ləğvinə nail olmağa çalışacağını bildirib. Onun sözlərinə görə, Lula da Silva “çirkli fənd” sayəsində qalib gəlib. Sonradan Bolsonaro seçkilərin nəticələrinə etiraz etmək planlarından imtina edib.
Hüseyn İbadlı
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi




















.jpg)







.jpg)








