İranla müharibə ABŞ-a görün neçəyə başa gəlib
Bizi izləyin

ABŞ

İranla müharibə ABŞ-a görün neçəyə başa gəlib

İranla müharibə ABŞ-a görün neçəyə başa gəlib

Oktyabrın 16-na olan məlumata görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Vaşinqtona 47,1 milyard dollara başa gəlib.

Publika.az xəbər verir ki, bu barədə Punchbowl News portalının müxbiri Brianna Rayli "sosial şəbəkəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Konqresə təqdim etdiyi məlumatlara istinadla yazıb.

“Bu məbləğ Pentaqonun sentyabrın əvvəlində qanunvericilərə təqdim etdiyi əvvəlki xərc qiymətləndirməsindən təxminən 3,5 milyard dollar çoxdur”, - deyə məlumatda bildirilir.

Göstərilən məbləğin təxminən 29 milyard dolları münaqişə zamanı istifadə olunmuş sursat ehtiyatlarının bərpasına sərf edilib. Daha 11,9 milyard dollar əməliyyat xərclərinə yönəldilib, təxminən 6,1 milyard dollar isə itirilmiş avadanlıqların əvəzlənməsinə xərclənib.

Bununla belə, bu məbləğə münaqişə zamanı regionda zədələnmiş ABŞ hərbi obyektlərinin təmir xərcləri hələ də daxil deyil.

Oktyabrın 24-də "The Wall Street Journal" yazıb ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyə meyillidir, lakin hazırda bununla bağlı yekun qərar qəbul edilməyib.

Ağ Evin rəhbərinə İrana qarşı mümkün addımların bir sıra variantları təqdim olunub. Bunlara nüvə obyektlərinə və müxtəlif infrastruktura zərbələr endirilməsi, eləcə də İran adalarına qarşı hücum əməliyyatlarının keçirilməsi daxildir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm