ABŞ-da nüvə laboratoriyasında yanğın: Radiasiya sızıntısı qeydə alındı?
Bizi izləyin

ABŞ

ABŞ-da nüvə laboratoriyasında yanğın: Radiasiya sızıntısı qeydə alındı?

ABŞ-da nüvə laboratoriyasında yanğın: Radiasiya sızıntısı qeydə alındı?

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Savanna-River Milli Laboratoriyasında baş verən yanğından sonra radioaktiv çirklənmə aşkarlanmayıb.

Publika.az xəbər verir ki, bu barədə nüvə kompleksinin administrasiyası açıqlama yayıb.

“Aparılan radiasiya yoxlamaları nəticəsində aşkar edilə bilən səviyyədə radioaktiv çirklənmə qeydə alınmayıb”, - deyə qeyd olunub.

***

ABŞ-ın Cənubi Karolina ştatındakı Savanna-River Milli Laboratoriyasında radioaktiv maddələrin sızması ilə müşayiət olunan yanğın baş verib.

Publika.az "WRDW" telekanalına istinadən xəbər verir ki, yanğın söndürülüb, hadisənin səbəbi isə hələ məlum deyil.

Milli Laboratoriyanın da yerləşdiyi "Savanna-River kompleksi"nin rəsmiləri kompleksin ərazisindən kənarda hər hansı fəsadın qeydə alınmadığını bildirib. Ehtiyat tədbiri olaraq əraziyə giriş bağlanıb, yaxınlıqdakı dəmir yolu, çay və hava nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.

Hadisədən bir müddət sonra rəsmi açıqlama verən ABŞ Energetika Nazirliyinin sözçüsünün bildirdiyinə görə, yanğın nəticəsində bir nəfər yüngül xəsarət alıb. Sözçü xəsarət alan şəxsin kompleks əməkdaşı olduğunu və xəstəxanaya aparıldığını söyləyib.

Qeyd edək ki, soyuq müharibə dövründə həmin laboratoriyada nüvə silahları üçün plutonium və tritium istehsal edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm