Maskın Ukraynaya qarşı mövqeyinin niyə dəyişdiyi bəlli oldu
Bizi izləyin

ABŞ

Maskın Ukraynaya qarşı mövqeyinin niyə dəyişdiyi bəlli oldu

Maskın Ukraynaya qarşı mövqeyinin niyə dəyişdiyi bəlli oldu

İlon Mask Ukraynaya münasibətdə mövqeyini dəyişərək Kiyevi fəal şəkildə dəstəkləməkdən tənqid etməyə keçib.

Publika.az xəbər verir ki, bu barədə "The Atlantic" qəzetinin köşə yazarları vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıblar.

Nəşrin məlumatına görə, 2022-ci ildə Mask Ukrayna xəstəxanalarına, elektrik stansiyalarına və dövlət qurumlarına minlərlə “Starlink” peyk rabitə terminalı bağışlayıb. Sistem daha sonra Ukrayna ordusu tərəfindən rabitə və dronların idarə olunması üçün istifadə edilib.

“SpaceX” ilə əlaqəli bir mənbə jurnala bildirib ki, “Starlink”dən istifadə edilən hücumların görüntülərinin dərc olunması təşkilat daxilində narahatlıqlar yaradıb. Mask özü daha sonra sistemin döyüş üçün nəzərdə tutulmadığını bildirib.

Oktyabr ayında Kiyev Ukrayna Silahlı Qüvvələri üçün “Starlink” terminallarının fəaliyyətinə məhdudiyyətlər qoyduğunu elan etdi. Mask sistemin müdafiə və mülki məqsədlər üçün istifadə edildiyini iddia etdi. Lakin “The Wall Street Journal” onun Ukraynanın “Starshield”ə girişinin məhdudlaşdırılmasını əmr etdiyini iddia edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm