ABŞ
Obama Trampı yenə hədəfə aldı: Ağ Ev və restoran qalmaqalı böyüyür
ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkənin hazırkı lideri Donald Trampın tənqid etdiyi məşhur Amerika restoranı ilə bağlı zarafatını izah edib.
Publika.az xəbər verir ki, Obama Corciya ştatında demokratların mitinqində çıxışı zamanı “İki qız atasıyam. Sizcə, mən onların uşaqlığını Cheesecake Factory-yə getmədən keçirə bilərdim? Bu, on il ərzində ən çox sevdiyim mövzulardan biri olub”, - deyə bildirib.
Onun sözlərinə görə, hazırkı administrasiya cavabında yalnız restoranla bağlı şərhinə diqqət yetirib, qiymət artımı ilə bağlı fikirlərini isə nəzərə almayıb.
Xatırladaq ki, Obama daha əvvəl demokratların seçkiqabağı mitinqində Trampın Ağ Evdə apardığı yenidənqurma işlərini tənqid edərək bunun “Səddam Hüseynin Cheesecake Factory açmasına” bənzədiyini demişdi.
Buna cavab olaraq Tramp bu müqayisənin Obamanın siyasi səviyyəsini əks etdirdiyini bildirib və belə insanların təmizlə çirkini ayırd edə bilmədiklərini vurğulayıb. Mühafizəkar KİV-lərdə isə Obamanın ümumiyyətlə ABŞ biznesini dəstəkləyib-dəstəkləmədiyinə dair şübhələr ifadə olunub.
Müəllif: Valeh
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
