Vens UNO məsələsi ilə bağlı SÖZ VERDİ
Bizi izləyin

ABŞ

Vens UNO məsələsi ilə bağlı SÖZ VERDİ

Vens UNO məsələsi ilə bağlı SÖZ VERDİ

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, uçan naməlum obyektlər (UNO) və fövqəltəbii hadisələr məsələsini araşdırmaq üçün məxfi məlumatlardan istifadə etmək niyyətindədir.

Publika.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalının efirində danışıb.

Siyasətçinin sözlərinə görə, o, qatı xristiandır. Bununla əlaqədar Vens hər şeyi yalnız fizika qanunları ilə izah etməyin mümkün olmadığına inandığını bildirib.

“Mən yaxşı ruhların olduğuna inanıram, onları mələklər adlandırmaq olar. Düşünürəm ki, pis ruhlar da var. UNO proqramı haqqında danışarkən hər şeyi bilmədiyimi demişdim və bu məsələni araşdırmağa başladım. Bunu hərtərəfli öyrənmək üçün tam məxfi məlumatlara çıxış imkanlarımdan istifadə etmək niyyətindəyəm”, - deyə vitse-prezident bildirib.

O əlavə edib ki, araşdırma nəticəsində “həm yaxşı, həm də dəhşətli cavab” tapa bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm