ABŞ
Nişanlısına təcavüz etməsi üçün internetdən adam tutdu - 23 yaşlı oğlanın şok əməli
ABŞ-da 23 yaşlı oğlan nişanlısını cinsi təcavüzə məruz qoyması üçün internetdə tanımadığı şəxslə razılaşıb.
Publika.az xəbər verir ki, hadisə oktyabrın 16-da Arizona ştatının Bakay şəhərində baş verib. İki uşağı ilə evdə olan qadının mənzilinə qəfil daxil olan naməlum şəxs ona hücum edib. Qadın müqavimət göstərə və polisə zəng edə bilib. Hücum edən şəxs isə polis gələnədək hadisə yerindən qaçıb.
Ertəsi gün polis 20 yaşlı şübhəlini saxlayıb. O, ifadəsində qadına hücum etməzdən əvvəl onun nişanlısı ilə internetdə tanış olduğunu və aralarında bu barədə razılaşma əldə edildiyini bildirib.
Polis hər iki şəxsin yazışmalarını araşdıraraq planlaşdırılan hücumla bağlı razılaşmalarını təsdiqləyən sübutlar aşkarlayıb. Onların bu addımı hansı səbəbdən planlaşdırdıqları isə naməlumdur.
23 yaşlı oğlan seksual zorakılıq, seksual zorakılığa cəhd və cinayət sövdələşməsi də daxil olmaqla bir sıra ittihamlarla həbs edilib. Hücumu törədən şəxsin hansı məsuliyyətə cəlb olunacağı barədə məlumat verilməyib.
Ləman
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək














.jpg)
























.jpg)
.jpg)