ABŞ diplomatlarını bu ölkədən çıxarır
Bizi izləyin

ABŞ

ABŞ diplomatlarını bu ölkədən çıxarır

ABŞ diplomatlarını bu ölkədən çıxarır

ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinə ölkəni tərk etmək göstərişi verib.

Publika.az xəbər verir ki, qərar 23 oktyabr 2026-cı ildən qüvvəyə minib və kritik vəzifələrdə çalışmayan əməkdaşlara da şamil olunur.

Dövlət Departamentinin məlumatına görə, Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanında mülki hava limanlarına və mühüm infrastruktura hücumlar edir. Qurum münaqişənin döyüş zonasından kənara yayılma ehtimalı barədə xəbərdarlıq edib.

ABŞ diplomatlarına krallıqdakı hava limanlarından istifadə etməzdən əvvəl xüsusi icazə almaq tapşırılıb. Dövlət Departamenti ABŞ vətəndaşlarına mümkün hücumlara, hava məkanının bağlanmasına və uçuşların ləğvinə hazır olmağı tövsiyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm