Donald Trampın arzuladığı Nobel mükafatına Melaniya yaxınlaşdı - "The Telegraph"
Bizi izləyin

ABŞ

Donald Trampın arzuladığı Nobel mükafatına Melaniya yaxınlaşdı - "The Telegraph"

Donald Trampın arzuladığı Nobel mükafatına Melaniya yaxınlaşdı - "The Telegraph"

ABŞ-ın birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar əməliyyatla bağlı razılaşmaların əldə edilməsində əsas rol oynayıb. Bu detala görə o, özü üçün Donald Trampın arzuladığı Nobel Sülh Mükafatını qazanmağa yol açıb.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunub ki, Melaniya Xerson bölgəsində humanitar missiyanın reallaşdırılması üçün birbaşa olaraq Rusiya və Ukrayna ilə əməkdaşlıq edib. Müəllif onu da yazıb ki, bu səylər onun ailələrin yenidən birləşməsi, bərpası üzrə işlərinin davamı sayılır.

"Prezident və onun müdafiə naziri Pit Heqset döyüşkən ritorikaya, hərbi güc nümayişlərinə üstünlük versə də, birinci xanım sakit şəkildə başqa bir şeyə - Rusiya ilə Ukraynanı danışıqlar masasına daşıyan humanitar diplomatiya məşğul oldu",- "The Telegraph" yazıb.

Nəşr onu da qeyd edib ki, Beləliklə, Nobel Sülh Mükafatına mümkün namizədlik kontekstində cəmiyyətin diqqətinə layiq olan Melanya Trampın əri deyil, elə özü oldu. Müəllif belə hesab edir ki, ABŞ-ın birinci xanımının diplomatik səyləri Donald Trampın münaqişələrə son qoymaq üçün şəxsi istəkləri, populyarlıü qazanmaq istəyindən fərqli olaraq, humanitar yanaşmanın vacibliyini nümayiş etdirir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm