Mask CNN-in rəhbəri olsa, nə baş verər? - Trampdan sensasiyalı açıqlama
Bizi izləyin

ABŞ

Mask CNN-in rəhbəri olsa, nə baş verər? - Trampdan sensasiyalı açıqlama

Mask CNN-in rəhbəri olsa, nə baş verər? - Trampdan sensasiyalı açıqlama

ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar və milyarder İlon Maskın CNN telekanalının rəhbəri təyin edilməsi ideyasını müsbət qiymətləndirib.

Publika.az xəbər verir ki, o, müvafiq açıqlamanı jurnalist Benni Consonla müsahibəsində verib.

Jurnalist ABŞ liderindən Maskın telekanala rəhbərlik etməsinə necə yanaşacağını soruşub.

“Bu, mənim xoşuma gəlir. Bu, indiki rəhbərlikdən qəti şəkildə daha yaxşıdır”, — deyə Tramp cavab verib.

O, həmçinin Maskın yaxşı insan olduğunu və işini yaxşı gördüyünü qeyd edib.

Xatırladaq ki, oktyabrın 22-də Semafor portalı mənbələrə istinadla Maskın CNN-in sahibi olan "Skydance" media şirkətinə təxminən 1 milyard dollar sərmayə yatırdığını bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm