Trampdan qalmaqallı paylaşım: “Oyan, Amerika!” - FOTO
Bizi izləyin

ABŞ

Trampdan qalmaqallı paylaşım: “Oyan, Amerika!” - FOTO

Trampdan qalmaqallı paylaşım: “Oyan, Amerika!” - FOTO

ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində Avropa ölkələrində baş verən iğtişaşlara diqqət yetirməyə çağıran paylaşım edib.

Publika.az xəbər verir ki, ABŞ liderinin paylaşdığı fotoda əlində məşəl tutan şəxsin üzərində ABŞ bayrağı təsvir edilmiş qapıdan içəri daxil olduğu görünür. Qapılarında “Norveç”, “İngiltərə”, “İsveç” və “Fransa” yazılmış qonşu otaqlar alov içindədir. Məşəl tutan şəxsin ayaqları altında üzərində “İslam” sözü yazılmış xalça var. Şəklin yuxarı hissəsində isə “Oyan, Amerika!” çağırışı yer alıb.

Bundan əvvəl Fransada yaşayış xərclərinin və qiymətlərin artmasına qarşı ölkə üzrə keçirilən nümayişlərdə yarım milyondan çox insan iştirak edib. Paris, Marsel, Nitsa, Lion və Lill də daxil olmaqla, Fransanın bir neçə şəhərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib, iğtişaşlar və talanlar qeydə alınıb. Fransa Prezidenti Emmanuel Makron kütləvi iğtişaşların iştirakçılarının məsuliyyətə cəlb olunacağını vəd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm