ABŞ
Trampın prezidentlik planları: Qarşıda iki il var, bəs sonra?
ABŞ Prezidenti Donald Tramp qüvvədə olan qanunvericilik normaları buna icazə versəydi, yenidən ölkənin ən yüksək dövlət vəzifəsinə namizədliyini irəli sürməyə etiraz etməyəcəyini bildirib.
Publika.az xəbər verir ki, o, “New York Post” nəşrinin “Pod Force One” podkastında ABŞ Konstitusiyasına 22-ci düzəlişin müddəalarının sərtliyini vurğulayıb. Məhz bu düzəliş prezidentlik müddətini iki dövrlə məhdudlaşdırır.
Bununla yanaşı, Ağ Evin rəhbəri qarşıda onun səlahiyyət müddətinin hələ iki ili qaldığını xatırladıb. Onun sözlərinə görə, bu müddət ərzində bir çox təşəbbüsü həyata keçirmək mümkündür.
Qanunvericiliyə əsasən, Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatacaq. 1951-ci ildə qəbul edilmiş 22-ci düzəliş prezident vəzifəsində iki müddətdən artıq qalmağa məhdudiyyət qoyur. Bununla belə, Tramp üçüncü müddətə namizədliyini irəli sürmək imkanını dəfələrlə gündəmə gətirib.
Xatırladaq ki, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi qabaqlayaraq qələbə qazanıb. O, daha əvvəl 2017–2021-ci illərdə ölkəyə rəhbərlik edib.
Hüseyn İbadlı
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi





































.jpg)
