Tramp etirazçıları analarının danlağı ilə hədələdi
Bizi izləyin

ABŞ

Tramp etirazçıları analarının danlağı ilə hədələdi

Tramp etirazçıları analarının danlağı ilə hədələdi

ABŞ-da mitinqlərdə iştirak edən etirazçıları respublikaçı baxışlara malik analarının danlağı gözləyir.

Publika.az xəbər verir ki, unu ABŞ Prezidenti Donald Tramp Ayova ştatında çıxışı zamanı bildirib.

Ağ Ev rəhbərinin çıxış etdiyi zalda fəal qadınlardan biri kənarlaşdırılarkən siyasətçi zarafat edib.

“O, evə qayıdacaq, anası isə onu şapalaqlayacaq. Deyəcək: “Bu insanın yanında özünü belə aparmağa necə cəsarət etdin? Mən ona səs vermişəm, onu sevirəm”. Onun anası MAGA tərəfdarıdır (Make America Great Again – “Amerikanı yenidən möhtəşəm edək”)”, – deyə Tramp bildirib.

ABŞ Konqresinə seçkilər noyabrın 3-nə təyin edilib. Seçkilər hazırkı prezidentin səlahiyyət müddətinin ortasında keçiriləcək. Səsvermə zamanı Nümayəndələr Palatasının 435 üzvünün hamısı və 100 senatorun təxminən üçdə biri seçiləcək. Vətəndaşlar vaxtından əvvəl şəxsən və ya poçt vasitəsilə səs verə bilərlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm