Tramp ABŞ-ın iki ölkəyə qarşı casusluq etdiyini etiraf etdi
Bizi izləyin

ABŞ

Tramp ABŞ-ın iki ölkəyə qarşı casusluq etdiyini etiraf etdi

Tramp ABŞ-ın iki ölkəyə qarşı casusluq etdiyini etiraf etdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya və Çin haqqında kəşfiyyat məlumatları topladığını bildirib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında keçirilən mitinqdə Rusiyanın və Çinin də ABŞ haqqında məlumat topladığını ehtimal edib. O, Vaşinqtonun bu addımlarında narahatlıq doğuracaq heç nə görmədiyini qeyd edib.

“Biri dedi: “Cənab, Çin bizi izləyir”. Mən də cavab verdim: “Bəli, biz də onları izləyirik. Buna görə narahat olmayın”, – deyə o bildirib.

ABŞ lideri hansı kəşfiyyat məlumatlarını nəzərdə tutduğunu açıqlamayıb. O, casusluq barədə kiminlə danışdığını da dəqiqləşdirməyib.

Daha əvvəl Tramp ABŞ-ın Çinə qarşı casusluq fəaliyyəti apardığını etiraf edib. Bundan öncə də iki ölkənin bir-birinə qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu bildirmişdi. Tramp bunun texnologiya sahəsində baş verdiyini dəqiqləşdirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm