ABŞ
Trampdan İranı qəti xəbərdarlıq: Ya razılaşacaqsınız, ya da biz son qoyacağıq
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə bu və ya digər şəkildə sona çatacağına zəmanət verib - ya Tehran razılığa gələcək, ya da Vaşinqton buna son qoyacaq.
Publika.az xəbər verir ki, Tramp “Right Side Broadcasting Network” (RSBN)-ə verdiyi müsahibədə deyib:
"Biz artıq bunu qazanmışıq və çox tezliklə, bu və ya digər şəkildə başa çatdıracağıq. Ya onlar razılığa gələcəklər, ya da biz sadəcə buna son qoyacağıq".
Prezidentin sözlərinə görə, bu, "bəlkə də asan yoldur".
Bazar günü İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Vaşinqtonun rasional hərəkət edəcəyinə və yenilənmiş silahlı münaqişə əvəzinə diplomatiyanı seçəcəyinə ümid edir.
Nazir bildirib ki, "Biz diplomatik səylər göstəririk və ümid edirik ki, qarşı tərəfin yanaşması rasional olacaq və o, digər variantlardan daha çox diplomatiyanı seçəcək".
Eyni zamanda, Əraqçi qeyd edib ki, İran ordusu hərbi əməliyyatların yenidən başlaması halına hazırlıq görür.
Müəllif: Tural
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)