ABŞ
Trampdan Əl-Seyidiyə ağır ittiham: Cihadçıdır, ölkəni məhv etmək istəyir
ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasından Miçiqan ştatı üzrə senatorluğa namizəd Əbdül Əl-Seyidi sərt ifadələrlə hədəfə alıb. O, müsəlman namizədi dəfələrlə “cihadçı” adlandırıb və onun Konqresə seçiləcəyi təqdirdə xüsusi metal detektorunun lazım olacağını bildirib.
Publika.az xəbər verir ki, Tramp bu fikirləri Ayova ştatında keçirilən seçkiqabağı mitinqdə səsləndirib.
ABŞ prezidenti çıxışında Əl-Seyidi “ölkəni məhv etmək istəyən cihadçı” adlandıraraq, ona səs verənləri tənqid edib. Trampın sözləri namizədin dini mənsubiyyətinə qarşı ayrı-seçkilik xarakterli ifadələr kimi qiymətləndirilib.
Miçiqanda senatorluq uğrunda mübarizə son günlər ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Əl-Seyidin Demokratlar Partiyasından ilkin seçkilərdə qalib gəldiyi Heyli Stivens onunla birgə kampaniyada iştirak etməkdən imtina edib. Stivens namizəddən İsrailin Qəzzadakı hərbi əməliyyatlarına ABŞ-ın dəstəyini tənqid edən siyasi reklamı açıq şəkildə təkzib etməsini tələb edib.
Əl-Seyid isə bazar günü birlikdə iştirak etməli olduqları seçki tədbirindən Stivensdən uzaq durmasını istəyib. Nəticədə Stivens Respublikaçılar Partiyasının namizədi Mayk Rocersi dəstəkləyib. Bu addım Senatda Demokratların azlıq lideri Çak Şumer tərəfindən də tənqid olunub.
Tramp isə Stivensin Əl-Seyidə qarşı mövqeyini yüksək qiymətləndirərək onu Respublikaçılar Partiyasına qoşulmağa çağırıb. O, həmçinin respublikaçı namizəd Mayk Rocersi tərifləyib və onu “alma piroqu” ilə müqayisə edib.
“Bizə kommunistlər və ya cihadçılar deyil, alma piroqu lazımdır. Mayk Rocers alma piroqudur”, - deyə Tramp bildirib.
ABŞ prezidenti çıxışında aralıq seçkilərin əhəmiyyətinə də toxunaraq, əslində özünün də səsvermədə iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə üzrə keçirdiyi mitinqlər səbəbindən həftəsonu futbol oyunlarını izləməyə belə vaxtı olmayıb.
Qeyd edək ki, Miçiqandakı seçki mübarizəsi ABŞ Senatında gələcəkdə hansı partiyanın üstünlük əldə edəcəyinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müəllif: Adəm
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
