ABŞ
Trampın qarşısına Obamanı çıxardılar: Demokratları səfərbər edir
ABŞ-ın sabiq prezidenti Barak Obama aralıq seçkilər ərəfəsində Demokratlar Partiyasının namizədlərinə dəstək məqsədilə fəallaşıb. O, çıxışlarında Donald Tramp administrasiyasını sərt tənqid edərək seçiciləri respublikaçılara qarşı səfərbər olmağa çağırıb.
Publika.az xəbər verir ki, Obama Corciya ştatında keçirilən mitinqdə qarşıdan gələn seçkiləri Trampın fəaliyyətinə son qoymaq üçün mühüm fürsət adlandırıb.
“Bu seçkilər onu cilovlamaq və hazırkı administrasiyanın törətdiyi axmaqlıqlara son qoymaq üçün son və ən yaxşı şansımızdır”, - deyə sabiq prezident bildirib.
Obama Trampı avtoritar meyillərdə və Yaxın Şərq siyasətində yol verdiyi səhvlərdə ittiham edib. Onun çıxışları Demokratlar Partiyasının mütərəqqi qanadı tərəfindən rəğbətlə qarşılanıb.
Sabiq prezident Miçiqan ştatında Senata namizəd Əbdül Əl-Seyidin dəstək mitinqində də iştirak edib. Obama etiraf edib ki, Əl-Seyid onun prezidentliyi dövründə administrasiyasının bəzi qərarları ilə razılaşmayıb. Bununla belə, o, həmin fikir ayrılıqlarına yumorla yanaşaraq həyat yoldaşı Mişel Obamanın da qərarlarını tez-tez tənqid etdiyini söyləyib.
“The Guardian” yazır ki, Demokratlar seçkilərin həlledici mərhələsində Obamanın siyasi nüfuzundan və seçiciləri səfərbər etmək imkanlarından yararlanmağa çalışırlar. Keçmiş prezidentin xüsusilə gənclər və qaradərili seçicilər arasında təsir gücünün yüksək olduğu bildirilir.
Nəşrin məlumatına görə, demokratlar Kamala Harrisi və Bill Klintonu da seçki kampaniyasına cəlb ediblər. Lakin Obama son həftələrdə daha fəal mövqe nümayiş etdirərək partiyanın yeni nəslinin namizədlərinə dəstək verir.
Qeyd edək ki, ABŞ-da keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr nisbətinə və Trampın prezidentliyinin qalan dövründə siyasi imkanlarına təsir edəcək.
Müəllif: Adəm
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)
















.jpg)
.jpg)
