ABŞ
Klinton Trampla 24 il əvvəlki söhbətini açdı - Elə şeylər dedi ki...
ABŞ-ın sabiq prezidenti Bill Klinton hazırkı prezident Donald Trampla 24 il əvvəl qolf meydançasında baş tutan söhbətini xatırladıb. O, həmin vaxt Trampın iqtisadiyyatla bağlı fikirlərini bölüşdüyünü və gömrük rüsumları barədə mübahisə etdiklərini bildirib.
Publika.az xəbər verir ki, Klintonun sözlərini “Clash Report” yayıb.
Keçmiş prezident deyib ki, Trampla 24 il əvvəl kifayət qədər dost münasibətləri olub. Onların qolf meydançasında söhbəti zamanı Tramp ABŞ-ın dünyanın ən güclü və varlı ölkəsi olduğunu vurğulayaraq, digər ölkələrə yüksək gömrük rüsumları tətbiq etməklə vergilərdən tamamilə imtina etməyin mümkünlüyünü iddia edib.
Klinton isə ona gömrük rüsumlarının əslində həmin malları alan şəxslər tərəfindən ödənildiyini izah etdiyini deyib: “Bu insanlar sadəcə olaraq həmin malları alanlardan pul alırlar. Əslində, gömrük rüsumlarını biz ödəyirik”.
Klintonun sözlərinə görə, Tramp həmin vaxt da eşitmək istəmədiyi fikirləri qəbul etməyib. “İndi də olduğu kimi, o, eşitmək istəmədiyi şeyi eşitmədi”, - deyə sabiq prezident bildirib.
Bill Klinton həmçinin Trampın Rusiya prezidenti Vladimir Putinə və Çin lideri Si Cinpinə heyranlıq duyduğunu söyləyib.
Müəllif: Adəm
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
