ABŞ
Tramp onları İrana qurban verə bilər - Pentaqonda narahatlıq
ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatın uğursuzluqla nəticələnəcəyi təqdirdə məsuliyyəti Pentaqon rəhbəri Pit Heqsetin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynin üzərinə ata bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri Trampa yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tramp İranla müharibəni başa çatdıra bilməməsinin məsuliyyətini kimin üzərinə qoyacağı barədə düşünür. Halbuki münaqişə başlamazdan əvvəl, fevral ayında prezidentin müşavirləri ona müharibənin Konqresə aralıq seçkilərdən xeyli əvvəl başa çatacağını vəd etmişdilər. Yeni hərbi əməliyyatın isə aralıq seçkilərdən sonra başlanacağı gözlənilir.
Mümkün “günah keçiləri” sırasında müdafiə naziri Pit Heqset və general Den Keyn də var.
Nəşrin mənbələri iddia edir ki, Heqset Ağ Evdə o qədər də populyar deyil və Trampın xoşuna gəlmək üçün vəziyyəti həddindən artıq nikbin qiymətləndirib.
“Heqset prezidentə eşitmək istədiklərini deməyi bacarır”, - deyə mənbələrdən biri bildirib.
Məqalədə general Keynin aparatının da son qərarlardan xəbərsiz qalması diqqətə çatdırılıb. Belə ki, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin rəhbəri, general-leytenant Bret Silviyanın vəzifəsindən azad edilməsi ilə bağlı qərardan sonra əvvəlcə onun onilliklər boyu davam edən xidmətinə görə təşəkkür bəyanatı yayımlanıb. Lakin bir neçə saat sonra həmin açıqlamanın “işin bütün hallarını tam əks etdirmədiyi” bildirilib.
Silviyaya qarşı Ukrayna və İranla bağlı məxfi məlumatları müxtəlif media qurumlarından olan iki jurnalistə ötürmək ittihamı irəli sürülüb.
Müəllif: Adəm
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

