ABŞ
ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
ABŞ-da Hellouin bayramı ilə bağlı keçirilən tədbirlər zamanı ölkənin müxtəlif bölgələrində baş verən atışmalar nəticəsində azı 13 nəfər ölüb, 92 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, ən ağır hadisə Texas ştatının Dallas şəhərində qeydə alınıb. Burada üç ayrı atışma nəticəsində dörd nəfər ölüb, azı 15 nəfər yaralanıb.
Florida ştatının Ceksonvill şəhərində iki atışma iki nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnib. Missisipi ştatının Cekson şəhərində gecə klubunda baş verən atışmada iki nəfər öldürülüb, dörd nəfər yaralanıb. Alabama ştatının Birmingem şəhərində isə stadion yaxınlığındakı silahlı insidentlərdə bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Delaver ştatında iki ayrı atışma zamanı bir nəfər ölüb, azı 15 nəfər yaralanıb. İllinoys ştatının Bluminqton şəhərində bir qadın həyatını itirib, daha yeddi nəfər yaralanıb. Kaliforniya və Miçiqan ştatlarında da Hellouin mağazalarında və əyləncə məkanlarında baş verən atışmalar ölüm və xəsarətlərlə nəticələnib.
CNN-in ilkin hesablamalarına əsasən, bu rəqəmlər tam siyahını əhatə etmir. Hadisələrlə bağlı araşdırmalar davam edir.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

