ABŞ
Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Tim Qallodet yadplanetlilərin Yer okeanlarının dərinliklərində gizlənə biləcəyini iddia edib.
Publika.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) keçmiş rəhbəri Qallodetin sözlərinə görə, bəşəriyyət okeanların yalnız təxminən 10 faizini araşdırıb. Buna görə də yadplanetlilər aşkarlanmamaq üçün okeanların öyrənilməmiş ərazilərindən istifadə edə bilərlər.
O, bəzi videolarda naməlum obyektlərin suya heç bir dalğa yaratmadan daxil olduğunu bildirib və belə texnologiyaların insanların imkanlarını üstələdiyini vurğulayıb.
Digər tərəfdən, UNO tədqiqatçısı Skott Uorrinq Kanadanın Nunavut bölgəsində yadplanetlilərə məxsus sualtı bazanın girişini aşkar etdiyini iddia edib. O, həmin ərazinin sualtı dronlarla araşdırılmasını təklif edib.
ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Devid Qruş da hökumətin yadplanetlilərə aid olduğu iddia edilən sualtı obyektlər barədə məlumatlı olduğunu söyləyib.
Lakin ABŞ hərbçiləri və Ağ Ev UNO-ların yadplanetli kosmik aparatları olduğunu təsdiqləyən maddi sübutların mövcud olmadığını bildirirlər.
Müəllif: Adəm
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

































.jpg)


