ABŞ
Dəhşətli təyyarə qəzasında milyonçu və ailəsi də həlak olub - FOTO
Texnologiya sahibkarı və multimilyoner Adam Robinson, həyat yoldaşı və uşaqları ilə birlikdə Floridada “Learjet 60” təyyarəsinin qəzasında həlak olanlar arasındadır.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" sahibkarın qardaşına istinadən məlumat yayıb.
Florida ştatının Palm Biç dairəsində biznes təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan doqquz nəfərin hamısı həlak olub.
"Dəhşətli fəlakətin qurbanları 44 yaşlı multimilyoner və texnologiya üzrə icraçı direktor Adam Robinson, həyat yoldaşı Helen Şarp və onların azyaşlı uşaqları, dörd yaşlı Emma və iki yaşlı Çarli olub", - nəşr yazır.
Qadın pilotun hava hərəkəti dispetçerləri ilə söhbətinin səs yazısı internetdə dərc edilib. O, yüngül buzlanma və orta dərəcədə turbulentlik barədə məlumat verib və 11 kilometrə qalxmaq üçün icazə istəyib. Lakin qısa müddət sonra o, qəza siqnalı və hündürlüyün sürətlə itirilməsi barədə məlumat verib.
Müəllif: Tural
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
































.jpg)


