ABŞ
ABŞ İsrailə illik 4 milyard dollarlıq hərbi yardımı dayandırdı
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə ilin sonundan etibarən təxminən 4 milyard dollarlıq illik hərbi yardımın dayandırılması barədə razılığa gəldiyini bəyan edib.
Publika.az "Ynet"ə istinadla xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz bu sazişi bir neçə ay əvvəl bağladıq və bu onları qane edir, çünki İsrail - çox uğurlu ölkədir. Onların yardıma ehtiyacı yoxdur və ilin sonundan etibarən biz yardımı dayandıracağıq", - Tramp deyib.
Bununla yanaşı, ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton ehtiyac yaranacağı təqdirdə İsraili dəstəkləməyə hazırdır: "Əgər buna ehtiyacı olarsa, biz İsrailə kömək edəcəyik. Onlar çox yaxşı müttəfiqlərdir".
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğuradılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat












.jpg)


















.jpg)


