Tramp ABŞ-ın İrana hücumunu təsdiqlədi - Yeni müharibə başlayıb?
Bizi izləyin

ABŞ

Tramp ABŞ-ın İrana hücumunu təsdiqlədi - Yeni müharibə başlayıb?

Tramp ABŞ-ın İrana hücumunu təsdiqlədi - Yeni müharibə başlayıb?

ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin noyabrın 2-nə keçən gecə İrana zərbə endirdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

O, hücumu məhdud xarakterli adlandıraraq bunun müharibənin başlanması demək olmadığını bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, zərbənin hədəfi Hörmüz boğazında yerləşən Qeşm adasındakı İranın hava hücumundan müdafiə obyekti olub.

“Onlar hava hücumundan müdafiə obyekti tikirdilər… Tikinti başa çatan kimi ötən gecə həmin obyektə çox uğurlu zərbə endirdik”, – deyə Tramp bildirib.

O, hücumu “kiçik zərbə” kimi xarakterizə edib və söhbətin müharibədən getmədiyini vurğulayıb.

Bundan əvvəl "The Wall Street Journal" qəzeti amerikalı rəsmilərə istinadla ABŞ silahlı qüvvələrinin son həftələrdə İrana, o cümlədən Qeşm adasına gizli şəkildə məhdud zərbələr endirdiyini yazıb.

Qeyd olunub ki, hakimiyyət nümayəndələrinin bir qismi bu əməliyyatları müdafiə xarakterli addımlar kimi qiymətləndirib. Onların məqsədi İranı Hörmüz boğazında ticarət gəmilərinə maneəsiz hücum etmək imkanından məhrum etməkdir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm