ABŞ
ABŞ və Venesuelaya qoşun yeridə bilər - Danışıqlar gedir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelada Amerika hərbçilərinin uzunmüddətli mövcudluğunu nəzərdə tutan hərbi razılaşma üzrə danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlara ABŞ Dövlət katibi Marko Rubio rəhbərlik edir. Tərəflər arasında qüvvələrin statusu haqqında sazişin imzalanması nəzərdə tutulur. Hərbi kontingentin yerləşdirilməsi və mövcudluğunun detalları sonrakı razılaşmalarla müəyyənləşdirilə bilər.
Bununla belə, ABŞ-nin Venesuelada yeni hərbi baza yaratmaq, yoxsa mövcud hərbi obyektlərdən istifadə etmək niyyətində olduğu hələlik məlum deyil.
ABŞ Dövlət Departamentinin rəsmisi Vaşinqtonun Venesuela ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istədiyini, lakin hazırda hərbi baza ilə bağlı danışıqlar aparılmadığını bildirib.
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək

















.jpg)











.jpg)



