Demokratlar Cənubi Karolinada 62 illik tilsimi qırdılar
Bizi izləyin

ABŞ

Demokratlar Cənubi Karolinada 62 illik tilsimi qırdılar

Demokratlar Cənubi Karolinada 62 illik tilsimi qırdılar

ABŞ Demokratlar Partiyası 1964-cü ildən bəri ilk dəfə Cənubi Karolina ştatında Senata keçirilən seçkilərdə qalib gəlir.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Seçki bülletenlərinin 88 faizi hesablandıqdan sonra Demokratlar Partiyasının nümayəndəsi Enni Endryus 51 faiz səs toplayır. Hazırda ştatı Senatda təmsil edən Respublikaçılar Partiyasının namizədi Darlin Qrehem isə 46,9 faiz səs əldə edib.

Son 62 il ərzində Demokratlar Partiyasının Cənubi Karolina ştatından Senatda heç bir nümayəndəsi olmayıb.

Noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər başlayıb. Bir çox ekspert respublikaçıların Konqresin palatalarından birini və ya hər ikisini itirə biləcəyini proqnozlaşdırır ki, bu da Trampın siyasi imkanlarına ciddi zərbə vura bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm