ABŞ
ABŞ-ın indiyə qədər aldığı ən böyük hədiyyə - Tramp canlı yayımda yenidən elan etdi
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı Birləşmiş Ştatların indiyədək aldığı “ən böyük hədiyyə” adlandırıb.
Publika.az xəbər evrir ki, o, bu barədə "Fox News" telekanalına telefon müsahibəsi zamanı bildirib.
“Yadınızda saxlayın, Avropa indicə Birləşmiş Ştatlara indiyədək aldığımız ən böyük hədiyyəni etdi. Bilirsiniz, bu nə idi? Qrenlandiya. Biz indicə Qrenlandiyanı əldə etdik. Siz bundan xəbərdarsınız, elə deyilmi?” – deyə Tramp bildirib.
Daha sonra ABŞ Dövlət Departamenti söhbətin videoyazısını "X" sosial şəbəkəsində yayımlayıb. Söhbət iştirakçılarından biri dəqiqləşdirib ki, söhbət hərbi sazişdən gedir.
Sentyabr ayınadək Tramp milli təhlükəsizlik mülahizələrini əsas gətirərək Qrenlandiya üzərində ABŞ nəzarətinin qurulmasına dəfələrlə çalışıb. Ada faydalı qazıntıların əhəmiyyətli ehtiyatlarına malikdir, Arktikada strateji mövqe tutur və Danimarka Krallığının tərkibində özünüidarəetmə hüququna malik ərazidir.
Prezidentin adaya nəzarəti ələ keçirmək cəhdi, hərbi güc tətbiqini istisna etməkdən imtina etməsi və Avropa müttəfiqlərinə qarşı gömrük rüsumları tətbiq etməklə hədələməsi NATO daxilində ciddi gərginliyə səbəb olub. Avropa liderləri Qrenlandiyanın satışa çıxarılmadığını və onun gələcəyini ada sakinlərinin müəyyən etməli olduğunu vurğulayıblar.
İyul ayında NATO-nun illik sammitində Tramp Qrenlandiyanın Danimarkanın deyil, ABŞ-ın nəzarəti altında olmalı olduğunu bəyan edib.
Sentyabr ayında ABŞ prezidenti Danimarka və Qrenlandiyanın baş nazirləri ilə müdafiə sahəsində saziş imzalayıb. Saziş adada ABŞ-ın hərbi mövcudluğunu genişləndirir, təhlükəsizlik və faydalı qazıntıların hasilatı sahələrində əməkdaşlığı nəzərdə tutur, eyni zamanda Danimarkanın suverenliyini və Qrenlandiya sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu bir daha təsdiqləyir.
Hüseyn İbadlı
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI



















.jpg)
















