ABŞ
ABŞ-da seçkilərlə bağlı ilkin proqnoz: Trampın partiyası sarsıdıcı məğlubiyyətə uğrayır
Amerika mediasının proqnozlarına görə, Demokrat Partiyasının nümayəndələri hazırda ABŞ Konqresində yerlərin əksəriyyətini qazanırlar.
Publika.az xəbər verir ki, “Associated Press” Senatda Demokratların qələbə qazanacağını proqnozlaşdırır. Agentliyin proqnozlarına görə, hazırda Demokratlar 45 Senat yerinə, Respublikaçılar isə 35 yerə sahibdirlər.
Nümayəndələr Palatasında Demokratlar 76 yerə, Respublikaçılar isə 39 yerə sahibdirlər.
“Fox News”un proqnozlarına görə, Demokratlar Senatda 44 yerə, Respublikaçılar isə 34 yerə malikdir. Nümayəndələr Palatasında hazırda Demokratlar 77 yerə, Respublikaçılar isə 40 yerə sahibdirlər.
“NBC News” Senatda Demokratların 45, Respublikaçıların isə 34 yer alacağını proqnozlaşdırır. Nümayəndələr Palatasında Demokratların 83, Respublikaçıların isə 34 yeri olacaq.
Öz növbəsində, CNN-in məlumatına görə, Demokratlar Senatda 45 yerə, Respublikaçılar isə 34 yerə malikdir. Nümayəndələr Palatasında Demokratlar 74 yer, Respublikaçılar isə 37 yer tutacaq.
ABŞ-da aralıq konqres seçkiləri keçirilir. Nəticələr Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Söhbət Konqresin aşağı palatasındakı 435 yerin hamısından və Senatdakı 100 yerdən 35-dən gedir.
Müəllif: Tural
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO



















.jpg)
















