Tramp demokratlarla mübarizəyə hazırlaşır: Konqresdə nə baş verəcək?
Bizi izləyin

ABŞ

Tramp demokratlarla mübarizəyə hazırlaşır: Konqresdə nə baş verəcək?

Tramp demokratlarla mübarizəyə hazırlaşır: Konqresdə nə baş verəcək?

ABŞ prezidenti Donald Tramp demokratların Konqresdə üstünlük əldə edəcəyi təqdirdə onların qanun layihələrinə veto qoyacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində üzərində “Veto” yazısı olan beysbol papağının fotosunu paylaşıb. O, “Fox News” telekanalına müsahibəsində bu hüquqdan fəal istifadə edəcəyini bildirib.

Prezidentin sözlərinə görə, demokratlar hər iki palatada nəzarəti ələ keçirsələr belə, onun vetoları ilə qarşılaşacaqlar. Tramp hesab edir ki, bu qarşıdurma nəticədə demokratları Ağ Ev administrasiyası ilə danışıqlara məcbur edəcək.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilib. CNN və NBC telekanallarının proqnozlarına görə, Nümayəndələr Palatasında nəzarət demokratlara keçə bilər. Senatda vəziyyət isə hələlik qeyri-müəyyəndir.

ABŞ qanunvericiliyinə əsasən, prezidentin vetosunu aşmaq üçün Konqresin hər iki palatasında üzvlərin ən azı üçdə ikisinin dəstəyi tələb olunur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm