ABŞ
Demokratların liderindən xalqa müraciət: Rahatlıq uzaqda deyil
ABŞ-da Konqresə keçirilən aralıq seçkilərin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Senatda çoxluğu təmin edib. Partiyanın Senatdakı azlıq lideri Çak Şumer artıq qələbə bəyanatı ilə çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İlkin nəticələrə görə, demokratlar Senatda 51 mandat qazanaraq minimal çoxluğu təmin ediblər. Respublikaçılar isə hələlik 39 mandat əldə ediblər. Bir sıra ştatlarda səslərin hesablanması davam edir.
“Bütün proqnozların əksinə olaraq, biz demokratlar Senatda qələbə qazandıq. Amerika xalqına bir neçə söz demək istəyirik: rahatlıq artıq uzaqda deyil”, - deyə Şumer bildirib.
O qeyd edib ki, demokratlar ölkənin müxtəlif ştatlarında insanların narahatlıqlarını dinləyərək güclü “mavi dalğa” yaradıblar.
Şumerin sözlərinə görə, seçicilər ilk növbədə yüksək qiymətlərdən, xaosdan və korrupsiyadan narazılıqlarını ifadə ediblər.
Demokratların nəticələrini “nəsildə bir dəfə baş verən Senat xəritəsinin yenidən formalaşması” adlandıran Şumer vurğulayıb ki, indi partiya seçicilərin gözləntilərini doğrultmalıdır.
Müəllif: Adəm
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu








.jpg)









.jpg)
















