Trampdan Fransa ilə bağlı şok iddia: Məhv olacaq
Bizi izləyin

ABŞ

Trampdan Fransa ilə bağlı şok iddia: Məhv olacaq

Trampdan Fransa ilə bağlı şok iddia: Məhv olacaq

ABŞ prezidenti Donald Tramp Avropada baş verən etirazlar fonunda Fransa və İtaliyanın gələcəyi ilə bağlı pessimist proqnoz verib.

Publika.az xəbər verir ki, o, “Fox News” telekanalına telefon müsahibəsində Avropanın “ölməkdə olduğunu” bildirib.

“Fransada, İtaliyada və digər ölkələrdə baş verənlərə baxın. Onların işləri çox pis gedir. Açığını desəm, hətta sağ qalamaya bilərlər”, - deyə Tramp vurğulayıb.

ABŞ lideri əlavə edib ki, bu ölkələrdən fərqli olaraq, Birləşmiş Ştatlar çiçəklənir və Vaşinqton bu vəziyyətin davam etməsini istəyir.

Qeyd edək ki, Fransada etirazlar sentyabrın ortalarında başlayıb. Gənclərin narazılığına müəllim çatışmazlığı və maliyyə vəsaitinin azlığı səbəbindən məktəb binalarının vəziyyətinin pisləşməsi səbəb olub. Sonradan ölkədəki vəziyyətdən narazı olan digər qruplar da aksiyalara qoşulublar.

İtaliyada isə etirazların növbəti dalğası oktyabrın ortalarında başlayıb. Buna enerji daşıyıcılarının və yanacağın bahalaşması, inflyasiya, eləcə də yenidən silahlanmaya və hərbi münaqişələrə qarşı narazılıq səbəb olub. Oktyabrın sonunda Almaniya, İspaniya və Albaniyada da etiraz aksiyaları keçirilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm