ABŞ-ın ilk müsəlman senatoru ermənilərlə qardaş çıxdı: Azərbaycanı ittiham etdi
Bizi izləyin

ABŞ

ABŞ-ın ilk müsəlman senatoru ermənilərlə qardaş çıxdı: Azərbaycanı ittiham etdi

ABŞ-ın ilk müsəlman senatoru ermənilərlə qardaş çıxdı: Azərbaycanı ittiham etdi

ABŞ-da Miçiqan ştatından Senata seçkilərdə Demokratlar Partiyasının namizədi Əbdül Əl-Səid Respublikaçılar Partiyasının təmsilçisi Mayk Rocersi məğlub edib. O, ABŞ Senatına seçilən ilk müsəlman amerikalı olacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası səsvermənin ilkin nəticələrinə istinadən məlumat yayıb.

Əl-Səid Konqresdən getdiyini daha əvvəl açıqlayan senator Qari Pitersin yerini tutacaq.

Seçki kampaniyası dövründə Əl-Səid Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyini qazanıb. Siyasətçi təşkilata təşəkkürünü bildirərək Miçiqan ştatındakı erməni icmasının bölgə üçün əhəmiyyətini vurğulayıb.

O, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Azərbaycana hərbi yardımını tənqid edib.

“Bu mübarizədə ANCA-nın dəstəyini qazanmaq mənim üçün qürurvericidir. Miçiqandakı erməni əsilli amerikalılar ştatımızın dəyərli hissəsidir. Tramp administrasiyasının Azərbaycana qeyd-şərtsiz hərbi yardımı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - deyə Əl-Səid bildirib.

O, senator kimi fəaliyyətində erməni xalqının sülh, ləyaqət, təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcəyini də vəd edib.

Qeyd edək ki, ANCA oktyabrın 1-də yaydığı bəyanatda seçki kampaniyası çərçivəsində Əl-Səidə dəstək verdiyini açıqlayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm